Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun fəaliyyəti ilə bağlı neqativ məlumatların ardı-arası kəsilmir. Reportyor.info xəbər verir ki, rayondan daxil olan məlumatlarda iddia edilir ki, Elşən Salahov Samir adlı yaxın adamı vasitəsilə Xəzərdə əməlli-başlı torpaq biznesi qurub.
İddialara görə, artıq rayonda satılmayan yer qalmayıb və artıq səkilərin satılmasına başlanılıb.Qeyd edək ki, qanunsuz tikili Binə qəsəbəsi Ə.İsazadə küçəsində aparılır.