Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Masallı rayonu, Qəriblər kəndi ərazisində yerləşən istirahət kompleksində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Pravda.az-a FHN-dən məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının istirahət kompleksinin ərazisində yerləşən kotecdə baş verdiyi və meşəyə keçmə riskinin yüksək olduğu müəyyən edilib.