"ABŞ-nin Ermənistandakı səfirliyi Caliber.az-ın "ABŞ ordusu Zəngəzura daxil oldu" adlı və regionda geniş rezonans doğuran məqaləsinə reaksiya verib". Bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan növbəti siyasi təhlildə deyilir.
Bildirilir ki, redaksiyanın məsləhətinə əməl edərək, News.am saytının müxbiri bu məqalə ilə bağlı ABŞ səfirliyinə müraciət edib və cavabında qısa ismarış alıb:
"ABŞ və Ermənistan arasında qarşılıqlı əlaqələri gücləndirməyə yönəlmiş "Eagle Partner" təlimləri iyulun 24-də uğurla başa çatıb. Biz təsdiq edə bilərik ki, ABŞ-nin bütün texnikası və şəxsi heyəti Ermənistanı tərk edib".