Parlament seçkiləri ilə əlaqədar şikayət və müraciətlərə baxılmasında şəffaflıq təmin olunur. Bunu Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov MSK-nın bugünkü iclasında deyib.
O bildirib ki, şikayət və müraciətlərə baxılmasında şəffaflığın təmin olunması üçün bütün məlumatlar MSK-nın internet səhifəsində yerləşdirilir: "İstənilən şəxs MSK-nın internet səhifəsinə daxil olaraq müraciətlərlə bağlı ətraflı məlumat əldə edə bilər".