Televiziya aparıcılarının adı ətrafında yenidən ajiotaj yaranıb.
Bu dəfə onlar fəaliyyətləri ilə deyil, sərvətləri ilə gündəmə gəliblər. Bəzi aparıcıların yüksək sərvət sahibi olduğu, hətta oliqarxlara xas həyat tərzi keçirdiyinə dair iddialar ortaya atılıb. Bəs deyilənlər nə dərəcədə doğrudur? Uzun illər müxtəlif televiziya kanallarında populyar verilişlərin aparıcısı olmuş jurnalist Rövşanə Ağasəfqızı (Bektaşi) bununla bağlı Yenisabah.az-a açıqlama verib. O, nəinki aparıcıların, ümumiyyətlə, digər peşə sahiblərinin də var-dövləti ilə bağlı müzakirə açmağın etik olmadığını bildirib: “Kimin nəyi var, kim toy aparır, kimin nə qədər sponsoru var, bunları müzakirə etmək düzgün deyil. Kiminsə şəxsi əmlakını müzakirə etməyə bizim nə haqqımız var?