BURADA REKLAMINIZ OLA
BİLƏR

Anar Məmmədov seçki məcəlləsini pozub? - MSK sədrindən açıqlama

"Sənədlə təqdim olunmayan məsələlərə münasibət bildirmək istəmirəm”. Pravda.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib. 

 

MSK sədri namizədlərin seçkiqabağı təşviqatdan əvvəl fəaliyyətə başlamasından danışıb: "Göndərsinlər baxaq, araşdıraq, ondan sonra deyək, qanun pozuntusu var, yoxsa yox”.

 
Qeyd edək ki, Seçki Məcəlləsinin 72.3, 74.1.2, 74.1.4, 75.2 maddələrinə əsasən, namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin seçkiqabağı təşviqat aparması səsvermə gününə 23 gün qalmış başlanır, səsverməyə 24 saat qalmış dayandırılır.

 

VII Çağırış Milli Məclisə keçirilən seçkilərdə isə təşviqat avqust ayının 9 da başlanır.

 

Deputatlığa namizəd Anar Məmmədov seçki qanunvericiliyinin tələblərini pozaraq dünəndən təbliğata başlayıb.

Tarix: 9 Avqust 2024, 13:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin