BURADA REKLAMINIZ OLA
BİLƏR

Fikrət Doluxanov vəzifəsindən getdi

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Xəbərlər departamentinin direktoru Fikrət Doluxanov vəzifəsindən gedib.

O, bu barədə feysbuk hesabında yazıb.

"Bu kitabın yeni səhifələri artıq mənsiz yazılacaq və oxunulacaq. Mən isə yeni çağırışlar, yeni imkanlar, və yeni nailiyyətlərə doğru addımlamalıyam, çünki həyat - yoldur", - deyə o bildirib.

Xatırladaq ki, F. Doluxanov bu vəzifəyə 2021-ci il yanvarın 6-da təyin olunmuşdu.

2022-ci ilin dekabrında Xocalıda Rusiya sülhməramlıları ilə F. Doluxanov arasında yaşanan insident ictimaiyyətdə əsas müzakirə mövzusuna çevrilmişdi. Jurnalistin operatoruna "çək, Fərmayıl, çək", - deyə müraciət etdiyi kadrlar xeyli danışılmışdı. 

Tarix: 9 Avqust 2024, 13:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin