Prezident Rəcəb Tayyib Ərdoğanı Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyi üçün xəbərdar edirəm. Danışıq üslubun və eqon münasibətlərə ciddi ziyan vurur! Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Yenilik Partiyasının sədri, TBMM-in sabiq üzvü, diplomat Öztürk Yılmaz X hesabında yazıb.
“Bir də qətiyyən “Qarabağa necə girdiksə...” ilə başlayan cümlə qurma. Sən bunu deyərək Azərbaycanın zəfərinin üstünə çökmüş olursan. Bu, o tərəfdə (Azərbaycanda – red.) ciddi narahatlıq yaradıb. Əlbəttə, Türkiyə dəstək olub və olmaq məcburiyyətindədir. Amma bu, belə deyilməz! Hər şeyi məhv etmək istəyirsən?” - Yılmaz əlavə edib.