Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Baş İdarəsinin rəisi, ölkəmizin NATO-dakı keçmiş nümayəndəsi Qaya Məmmədov deputatlığa namizəd olub. Modern-ın əldə etdiyi məlumata görə, o, 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyini irəli sürüb.
Qeyd edək ki, Q.Məmmədov Azərbaycan Respublikasının diplomatik xidmətində fəaliyyətinə 1999-cu ildə başlamışdır. O, Xarici İşlər Nazirliyinin müxtəlif idarələrində, o cümlədən 2001-2004-cü illərdə Azərbaycan Respublikasının Almaniyada səfirliyində və 2008-2011-ci illərdə NATO yanında nümayəndəliyində müxtəlif diplomatik vəzifələrdə çalışıb.
