BURADA REKLAMINIZ OLA
BİLƏR

Maşını tapılsa da özü itkin düşən Vətən müharibəsi qazisi həyətdən sürətlə çıxıbmış - DETALLAR

Samur-Abşeron kanalının "Şəfəq" qəsəbəsindən keçən hissəsində 44 günlük Vətən müharibəsinin iştirakçısı Abusət Əliyevin idarə etdiyi avtomobilin kanala düşməsinin bəzi detalları məlum olub.

 

İddialara görə, gecə saat 01:00 radələrində A.Əliyev bu yoldan istifadə edərkən maşın idarəetmədən çıxıb. Avtomobili kanaldan çıxartmaq mümkün olsa da, Abusət Əliyevin axtarışları davam etdirilir.

 

Qonşuların bildirdiyinə görə, o, həyətdən maşınla sürətlə çıxıb. Onlar əraziyə çatanda artıq maşının batdığını görüblər. A.Əliyevə kömək etmək istəsələr də, avtomobilin içərisində heç kəsi tapmayıblar.

 

Qonşuların sözlərinə görə, səhər saatlarında kanala düşən maşını çıxarıblar, amma A.Əliyev orada olmayıb.

 

Ətraflı Baku TV-nin süjetində:

 

Tarix: 10 Avqust 2024, 21:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin