Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Avtomobil qaçıran şəxs saxlanıldı

644
Paylaş:
Avtomobil qaçıran şəxs saxlanıldı

Göyçay şəhər sakini ona məxsus minik avtomobilinin yaşadığı evin qarşısından qaçırılması barədə polisə məlumat verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Rəşad Abdullayev saxlanılıb. Qaçırdığı avtomobil isə rayon ərazisində tərk edilmiş vəziyyətdə aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Paylaş:

Ən son xəbərlər