"Yas mərasimində verilən məhsulların, qidaların hamısı bazardan, dükandan alınıb".
Bunu Gəncədə kütləvi zəhərlənmənin olduğu yas mərasimin sahibi Mahir Cəfərov deyib.
O qeyd edib ki, hadisə qardaşının yas mərasimində baş verib: "Dəfndən sonra ehsan verilib. Süfrədə bozartma, çörək, yuxa, pomidor, xiyar, göyərti, halva və digər qidalar qoyulub".
"Yeməkdən sonra yaxınlarım da özünü narahat hiss etdilər. Məhsulların hamısı bazardan, dükandan alınıb. Aidiyyəti qurumların əməkdaşları gəlib hər qidadan analiz üçün nümunələr götürdülər. Yaxın günlərdə zəhərlənmənin hansı qidadan baş verdiyini araşdırıb deyəcəklər", - M.Cəfərov deyib.