Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Zamin Hacı saxlanıldı - YENİLƏNDİ

1 920
Paylaş:
Zamin Hacı saxlanıldı -   YENİLƏNDİ

Zamin Hacı barəsində inzibati protokol tərtib edilib, cərimə yazılıb, daha sonra isə sərbəst buraxılıb. 

***

10:46

Polis köşə yazarı Zamin Hacını saxlayıb.

Pravda.az-ın xəbərinə görə, buna səbəb Z.Hacının yaşadığı evi yaxınlığında idman etməsi olub.

O, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə aparılıb.

Qeyd: Nazirlər Kabineti yanında Operativ Qərargahın “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarında nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslərin 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.

Paylaş:

Ən son xəbərlər