BURADA REKLAMINIZ OLA
BİLƏR

Vasif Talıbovun zamanında yaradılan daha bir qurum bağlandı

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təsisçisi olduğu "Texniki Servis Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) fəaliyyətini dayandırıb. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla əlaqədar olaraq MMC ləğv olunma barədə qərar verib.

 

Qeyd edək ki, "Texniki Servis Mərkəzi” MMC Naxçıvan Muxtar Respublikası Ali Məclisinin o zamankı sədri Vasif Talıbovun tapşırığına əsasən təsis edilib. Mərkəz 2022-ci ildə müasir texniki avadanlıqlarla təchiz olunub.

 

Xatırladaq ki, Vasif Talıbov 2022-ci ildə Ali Məclisin sədri vəzifəsindən azad edilib.

Tarix: 12 Avqust 2024, 10:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin