Ötən gün səhər saat 12 radələrində Şəkidə baş vermiş ölümlə nəticələnən ağır yol qəzasının bəzi təfərrüatları məlum olub.
Pravda.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, yük maşını ilə toqquşaraq vəfat edən “Opel” markalı minik avtomobilinin sərnişinləri hərbi xidmətdə olan övladlarını görmək üçün yola çıxıblarmış.