Azərbaycan informasiya müstəvisində regionda baş verə biləcək proseslərlə bağlı narahatlığın səviyyəsini azaltmaq üçün nə Rusiya, nə də İranın güclü dövlətlər olmadığı fikrini formalaşdırmağa çalışır.
Bu “ağıllı” fikri yerli ekspert Karen İgityan tərəfindən səslənib.
“Şoyqunun Tehran və Bakıda keçirdiyi görüşlərin məzmunu gizli saxlanılır. Lakin bəzi informasiya sızmalarına görə, Rusiya tərəfindən silahların, xüsusən də hava hücumundan müdafiə sistemlərinin və raket buraxılış sistemlərinin tədarükü ilə bağlı Tehranla razılıq əldə olunub. Şoyqu rəsmi Bakıya İrana qarşı aksiyalarda iştirak etməmək barədə xəbərdarlıq edib, çünki Azərbaycanın hazırda regionda İsrailin əsas müttəfiqi olduğu barədə ümumi anlayış var. Azərbaycana deyilib ki, Azərbaycanın İrana qarşı istənilən hərəkəti Rusiya tərəfindən də cavab tədbiri ilə qarşılanacaq”, - deyə, İgityandan ermənisayağı “təhlil” gəlib.