97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsində qalmaqal davam edir.
Pravda.az xəbər verir ki, sözügedən seçki dairəsində hakim Yeni Azərbaycan Partiyasının namizədlərindən olan VI çağırış Milli Məclisin deputatı Anar Məmmədov barədə şikayətlərin ardı-arası kəsilmir. A.Məmmədovdan Mərkəzi Seçki Komissiyasına şikayət ünvanlayan 97 saylı seçki dairəsindəki namizədlərdən biri ictimai fəal Şəhriyar Məcidzadə bəzi faktları açıb.
“Bərdədən gələn “seçicilər”” başlığı ilə Məmmədovun təşviqat kampaniyasını tənqid atəşinə tutan Məcidzadə paylaşdığı görüntüləri belə şərh edib: “Kiçik bir araşdırma kifayət edir ki, Anar Məmmədovla görüşdə oturan və onun ətrafında gəzən adamların Bərdə və Goranboyun bizim dairəyə düşməyən bölgələrindən gəldiyi müəyyən edilsin. Yəni 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsinə düşməyən bölgələrdən gələn seçicilər olduğu müəyyən edilsin. Mən Azərbaycan vətəndaşlarının digər rayonlara getmələrinin əleyhinə deyiləm. Amma yaxşı olar ki, onlar öz rayonlarında deputatlarını seçsinlər. Konstitusiyaya görə də belədir. Məsələn, qırmızı halqa ilə işarələnmiş şəxs Bərdədə çox hörmətli Seyid Yusif Ağanın nəvəsi, Goranboyun keçmiş axundu, xətrini çox istədiyim Səbuhidir. İndi ortaya üç sual çıxır:
1. Tərtərlilərin yerinə 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsinə düşməyən bölgələrin sakinləri, o cümlədən bərdəlilərmi səs verəcək?