Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə namizədliyini irəli sürənlər arasında müxtəlif peşə sahibləri var.
Belə ki, hazırkı seçki marafonunda təkcə təhsil işçiləri, hüquqşünaslar, həkimlər, jurnalistlər deyil, eyni zamanda, fəhlə, xadimə, montyor, gözətçi, çilingər, kuryer və s. kimi peşə sahibləri də iştirak edirlər. Modern.az maraqla qarşılanan həmin deputatlığa iddialı şəxslərin bəzilərini oxuculara təqdim edir:
3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsindən Abbasquliyev Famil və 4 saylı Naxçıvan şəhər seçki dairəsindən Mirzəyev Süleyman Naxçıvan Sukanalizasiya İdarəsində çilingər işləyirlər.
5 saylı Babək-Naxçivan-Culfa seçki dairəsindən Xudiyev Nazim Culfa şəhər su təmizləyici qurğular sistemində mühafizəçi kimi çalışır.
11 saylı Binəqədi-Qaradağ seçki dairəsindən namizədliyini irəli sürən Yusubov Emil Bakı şəhərində yerləşən "Pelican service" MMC-də kuryer-moderator kimi işləyir.