Bu günlərdə, Azərbaycanın müasir tarixində daha bir taleyüklü hadisə yaşanacaq. İlk dəfə ölkəmizin bütün ərazisində, Qarabağda suverenliyimizin bərpasından sonra Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Yenicag.az-a müraciət edən Zəngilan və Qubadlı rayonlarının ictimaiyyət nümayəndələri və bir qrup ziyalı bu seçkilərdə VI çağırış Milli Məclisin deputatı İmamverdi İsmayılovun namizədliyini dəstəkləyəcəklərini bildiriblər.
Müraciət müəllifləri qeyd edir ki, İmamverdi İsmayılov 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə 1995-ci ildən bəri bu rayonların əhalisinin maraqlarını parlamentdə ən layiqli şəkildə təmsil edir. turbo az mercedes
“Bundan əlavə, biz, İmamverdi İsmayılovu əhalinin problemlərinin həllində ən yaxın insan sayırıq. Görün, neçə illər və günlər keçib gəlmişik bir yerdə. Bu illər ərzində vətəndaşlarla əlaqəsini heç zaman kəsməyən İmamverdi İsmayılov deputatlıq vəzifəsinə uyğun olaraq, əhalinin problemlərini dinləyib, onların həllinə yardımçı olmaqla kifayətlənməyib, eyni zamanda, bu rayonlardan olan əhalinin dərdlərinə də şərik olur, dünyasını dəyişmiş insanların yas mərasimlərində iştirak edir, yeni ailə quran gənclərin sevincli günlərinə qatılır. Bu münasibəti deputatımızın dar gündə insanlara təsəlli verməyinin, şad günündə yanlarında olmasının göstərcisi də saymaq olar”, -- deyə müraciətdə bildirilir.
Müraciət edənlər, eyni zamanda, sözünün və qələminin işığına sığınmış dəyərli ziyalımız İmamverdi İsmayılov barəsində yazılan mənfi çalarlı yazıları deputatlığa namizədə qarşı “qara piar” kampaniyasının tərkib hissəsi sayır və çox təəssüf hissləri keçirir və əminliklə qeyd edirlər ki, bu cür məkirli və çirkin niyyətli yazılar nurlu bir insan və sevimli deputatımız İmamverdi İsmayılovun nə siyasi fəaliyyətinə, nə də şəxsiyyətinə kölgə sala bilməz:
“İmamverdi İsmayılovun uzun zaman çərçivəsində Zəngilan və Qubadlı seçicilərini təmsil etməsi bu illər ərzində keçirilən seçkilərdə insanların öz deputatına yüksək etimadı sayıla bilər.
Bu ilki seçkilər işğaldan azad olunmuş dədə-baba yurdlarımıza Böyük Qayıdışla müşayiət olunur. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycanın hərb və siyasi tarixinə qızıl hərflərlə yazdığı Qarabağ Zəfərindən sonra insanlarımız öz doğma torpaqlarına qayıdışı səbrsizliklə gözləyir, növbəti seçkilərin öz doğma yurdlarında keçiriləcəyinin iştirakçıları olacaqlarının həyəcanını yaşayırlar. Bu qayıdış həm də bizim yeni firavan həyatımızın başlanğıcı sayılacaq…”