Xəbər verdiyimiz kimi, bu ilin 6 avqust tarixində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun rəhbərliyi ilə keçirilən müşavirədə Binəqədi rayon rəhbərliyi və kommunal xidmətlərin işi ciddi tənqid olunub. Bildirilib ki, son vaxtlarda paytaxtda sanitar-təmizlik məsələlərinin vəziyyəti ilə bağlı ən problemli ərazilərdən biri Binəqədi rayonudur. Qaynarinfo-nun məlumatına görə, sözügedən məlumat KİV-də də geniş işıqlandırılıb.
Amma maraqlısı odur ki, bu məlumatın mətni Bakı Şəhər İcra Hakimiyyətinin saytından silinib. Xəbərin yalnız başlığı və bəzəkli şəkillər saxlanılıb.

Bakı merinin müşavirəsi Binəqədi Rayon İcra Hakimiyyətində keçirilməsində baxmayaraq, sözügedən xəbər rayonun rəsmi veb səhifəsində də yerləşdirilməyib.

