Binəqədi rayonunda itlə rəhmsiz rəftara görə saxlanılan şəxs həbs olunub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, 1982-ci il təvəllüdlü X.Muradov məhkəmənin qərarı ilə 30 sutka (İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1 (bir) ay müddətinə inzibati həbs) inzibati qaydada həbs olunub.
Qeyd edək ki, ötən gün Biləcəri qəsəbəsində "DSK yolu" adlanan ərazidə iti balta ilə döyməsi ilə bağlı görüntülər yayılmışdı.
