Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında Çin-Avropa Dəmiryolu Ekspresi üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutlarının inkişafı haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Fərman imzalayıb.
Pravda.az xəbər verir ki, Fərmana əsasən, 2024-cü il iyulun 1-də Bakı və Pekin şəhərlərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında Çin-Avropa Dəmiryolu Ekspresi üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutlarının inkişafı haqqında Anlaşma Memorandumu” təsdiq edilsin.