Bakıda polis əməkdaşları tərəfindən vətəndaşların etibarından sui-istifadə etmə və aldatma yolu ilə dələduzluq əməlləri törətməkdə şübhəli bilinən "Casablanca Travel" MMC-nin təsisçi-direktoru Xəyal Həmidov saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, X.Həmidov ayrı-ayrı vətəndaşlara müxtəlif ölkələrə turların təşkili vədlərini verərək onların ümumilikdə 42 min manatdan artıq pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.
Azərbaycanda travel rəhbəri TUTULDU: 42 min manatlıq...
Faktlarla bağlı onun barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.