Abşeron rayonunun Mehdiabad qəsəbəsində 2 ha sahədə quru ot yanıb.
Fövqəladə Hallar Nazirliyindən Pravda.az-a verilən məlumata görə, yanğın zamanı yüksək temperaturdan hər biri 200 m² olan 2 ədəd istixananın polietilen üzlüyü 200 m² sahədə əriyib. Yaxınlıqdakı digər istixanalar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Abşeronda güclü yanğın baş verdi