2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Kamaləddin Qafarovun qadın seçicilərlə görüşü keçirilib.
Pravda.az "Yap.org.az"a istinadən xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov ölkəmizin olduqca mühüm siyasi proses - parlament seçkiləri ərəfəsində olduğunu bildirib. O, müstəqil Azərbaycanın tarixində ilk dəfə Milli Məclisə seçkilərin bütün ölkə ərzisində keçiriləcəyini diqqətə çatdıraraq seçiciləri fəal olmağa və partiyanın namizədinə səs verməyə çağırıb: “Şübhə yoxdur ki, seçkilər xalqın öz doğma partiyasına sarsılmaz inamını əks etdirəcək”.