Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında" Sərəncam imzalayıb. Modern.az xəbər verir ki, sərəncamla Dövlət Sərhəd Xidmətinin (DSX) polkovnikləri Bəhman Babayev, Əyyub Məmmədov və Nəsib Mirzəyevə “general-mayor” ali hərbi rütbəsi verilib.
Bəhmən Babayev Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının komandiridir. O, əvvələr DSX-nin "Qazax” Əlahiddə Sərhəd Diviziyasının komandiri vəzifəsində çalışıb.