Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) Yaşıllaşdırma İdarəsi yenə də yaşıllıqların salınması ilə bağlı tender elan edib. Qaynarinfo xəbər verir ki, bu dəfə də tenderin qalibi "Saffari Plus" MMC seçilib. Şirkətin qiymət təklifi 294 292 manat olub.
"Saffari Plus" MMC cari ilin avqust ayının 12-də də Sumqayıt MKTİB-nin Yaşıllaşdırma İdarəsinin eyni tenderi üzrə qalib seçilmişdi. Şirkətin həmin tender üzrə qiymət təklifi 293 230 manat olmuşdu.
Ötən il isə "Sffari Plus" MMC Sumqayıt MKTİB-nin 3 tenderinin qalibi seçilib. Bu tenderlər də yaşıllıqların salınması ilə bağlı elan edib. Satınalma müqavilələrin ümumi maliyyə dəyəri 855 382 manatdır.
"Sffari Plus" MMC 26 yanvar 2023-cü ildə vergi qeydiyyatına alınıb. Aydın olur ki, şirkət bir neçə ay sonra tenderlərdə iştirak etməyə başlayıb və əsasən Sumqayıt MKTİB-nin Yaşıllaşdırma İdarəsinin keçirdiyi satınalma müsabiqələrinin qalibi seçilib. Bu da şirkətlə bağlı müəyyən şübhələrə yol açır.