“Məscidə 50-60 yaşlı insanlar getməlidir, 15-18 yaşlı uşağın məsciddə nə işi var?”
Yenicag.az xəbər verir ki, sentyabrın 1-i keçiriləcək növbədənkənar parlament seçkilərində 59 saylı Quba seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Əlibala Məhərrəmzadənin bu sözləri birmənalı qarşılanmayıb.
Belə ki, ətrafına topladığı insanlarla danışarkən “Yoxsa gedir məscidə kimsə ona bir təriqət öyrədir, o birində gedib, başqa təriqət öyrənir. Məscidə 50-60 yaşlı insanlar getməlidir, 15-18 yaşlı uşağın məsciddə nə işi var?” deyib.