Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Şəmkirdə “KaMaz” avtomobillə toqquşdu, iki nəfər öldü

640
Paylaş:
Şəmkirdə “KaMaz” avtomobillə toqquşdu, iki nəfər öldü

Avqustun 18-i gecə saat 1 radələrində Bakı-Qazaz-Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu hissəsindən keçən hissəsində 2000-ci il təvəllüdlü K. Cəfərli "KamAz" markalı yük avtomobili ilə Bakı istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən, 1986-cı il təvəllüdlü Şamo Qafarovun idarə etdiyi "VAZ 2106" markalı avtomobil toqquşub.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun verdiyi məlumata görə, hadisə nəticəsində "VAZ-2106"-da olan sürücü və sərnişinlərdən biri ölüb, digər sərnişin, 1978-ci il təvəllüdlü, Ağstafa rayon sakini Qorxmaz Şirinov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hazırda ölən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Paylaş:

Ən son xəbərlər