Azərbaycan Premyer Liqasında 3-cü tura yekun vurulub.
Bu gün bir matç baş tutub. "Neftçi" Zirə İdman Kompleksinin stadionunda "Sabah"ı qəbul edib.
İlk iki turdan sonra aktivində qələbə olmayan Bakı təmsilçiləri bu oyunda da azarkeşlərini sevindirə bilməyib. Belə ki, "Sabah" 2 cavabsız qolla aktivinə 3 xal yazdırıb.
Azərbaycan Premyer Liqası
20:30. “Neftçi” – “Sabah” 0:2
Qol: A. Seydiyev, 54, C. L. Mikels, 76
“Neftçi”: 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 3. Höccət Haqverdi, 90. Ramil Şeydayev, 14. Edvin Kuç, 4. Mark Tamaş, 6. Rafael Quzzo, 44. Yuri Matias, 23. Robert Bauer, 11. Kilan Lebon, 88. Andrey Ştoqrin
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 7. Azər Əliyev, 13. Emil Səfərov, 91. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 9. Andre Şinyaşiki, 20. Alfa Konte, 77. Yeqor Boqomolski
Baş məşqçi: Roman Qriqorçuk