Bakı şəhəri, Qaradağ rayonu ərazisində, Lökbatan dairəsində sərnişin avtobusunda yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub:
"Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının 164 saylı marşrut xətti ilə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusunda baş verdiyi müəyyən edilib.