Ayın bədrlənməsi (dolu ay) bürclərdən və yerindən asılı olaraq fərqli təsirlər göstərə bilər. Ölkə.Az xəbər verir ki, bu səbəbdən bu gün baş verəcək dolu ay hadisəsi çoxlarını maraqlandıra bilər. Dolu ay hadisəsi ən çox Əqrəb, Buğa, Şir və Dolça bürcünə təsir edəcək. Xüsusilə ani çıxışlar və əsəb gərginliyi gündəmə gələ bilər. Bürcünüz bu 4 bürc arasındadırsa və ya xəritənizdə əsasən bu bürclərin enerjisini daşıyırsınızsa, bu ayın 23-nə, hətta avqustun sonuna qədər yeni başlanğıclardan uzaq durmalısınız. Odur ki, Dolça bürcündə baş verəcək Super ay hadisəsinin bürclərə təsirini təqdim edirik.
Qoç
Qoç üçün Dolça dolu ayı sosial dairələrə və dostluqlara diqqəti təşviq edir. Bu dövrdə sosial həyatınızda gözlənilməz inkişaflar ola bilər. Köhnə dostluqları canlandıra və ya yeni qruplara qoşula bilərsiniz. Sosial layihələrdə iştirak etmək istəyə bilərsiniz. Bəzi dostluqlar qəflətən bitə bilər və ya dostluğunuzu qəfil bitirdiyiniz biri sizinlə yenidən əlaqə saxlaya bilər.
Buğa
Buğalar karyeraları və peşəkar həyatları ilə bağlı bəzi mühüm şeylərin fərqinə vara bilər. Dolça bürcünün tam ayı iş həyatınızda mühüm dönüş nöqtəsi ola bilər. Yeni imkanlar yarana bilər və ya mövcud vəziyyətinizi yenidən qiymətləndirmək ehtiyacı hiss edə bilərsiniz. Bu dövrdə iş və şəxsi həyatın tarazlığına xüsusi diqqət yetirməlisiniz. İş yerindəki stressi rahatlıq zonanıza gətirmək sizi psixoloji cəhətdən yora bilər. Ani qəzəb partlayışlarına qarşı diqqətli olmalısınız. Unutma ki, qəzəblənsəniz, zərərli çıxan siz olacaqsınız.
Əkizlər
Əkizlər üçün bu tam ay təhsil, səyahət və genişlənmə sahələrində təsirli olacaq. Yeni məlumatlar öyrənmək, fərqli mədəniyyətlərlı maraqlanmaq istəyiniz ola bilər. Akademik məqsədlərinizi nəzərdən keçirə və ya uzun müddətdir planlaşdırdığınız səyahətə çıxa bilərsiniz. Daha sakit enerji ilə irəli gedə bilərsiniz.
Xərçəng
Xərçənglər üçün Dolça Super ayı maliyyə məsələlərinə və ümumi resurslara diqqət çəkir. Borclar, investisiyalar və ya miras kimi maliyyə mövzularında mühüm yeniliklər ola bilər. Bu dövrdə resurslarınızı daha diqqətli idarə etmək və maliyyə gələcəyinizi təmin etmək istəyi arta bilər. Anidən əlinizə düşən pul vəziyyətinizi xeyli yüngülləşdirə bilər. Borcunuz varsa, onları ödəyə bilərsiniz. Pulları maqnit kimi çəkəcəyiniz bir dövrdəsiniz, bunu düzgün qiymətləndirin və qənaət etməyə diqqət edin.
Şir
Bu Super ay əlaqələr və ortaqlıqlar haqqında əhəmiyyətli şeylərin fərqinə vara bilərsiniz. Partnerinizlə aranızdakı dinamikanı nəzərdən keçirmək və əlaqələri irəli aparmaq istəyi hiss edə, ortaqlıqlarla bağlı mühüm qərarlar qəbul edə bilərsiniz. Ani qərarlar verməməyə diqqət etməli və qərar verərkən götür-qoy etməlisiniz.
Qız