Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xəzər Rayon Şöbəsinin əməkdaşı Rövşən Eynullayev həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, kiçik tibb işçisi vəzifəsində çalışan 1994-cü il təvəllüdlü Rövşən Eynullayevə Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə ittiham elan edilib.
Bildirilib ki, R.Eynullayev külli miqdarda narkotik vasitənin dövriyyəsinə görə tutulmuş şəxsin nənəsindən onu həbsdən buraxdıracağını vəd edərək 55 min manat pul alıb. O, özünü nüfuzlu şəxslərlə yaxın münasibətdə olan biri kimi təqdim edib və pulun həmin vəzifəli adama çatacağını deyib. Lakin sonradan Rövşənin yalanının üstü açılıb.