Avqustun 19-da Azərbaycanda dövlət səfərində olan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin rəsmi qarşılanma mərasimi olub.
Pravda.az-ın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verib.
Prezident İlham Əliyev Rusiya Prezidentini qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Rusiya Prezidentinə raport verib.