Hazırda Azərbaycanda meymunçiçəyi (Mpox) xəstəliyinə yoluxma halı qeydə alınmayıb.
Bu barədə ÜST-nin Azərbaycandakı Ölkə Ofisindən bildirilib.
Qeyd edilib ki, Bununla belə, ÜST bütün ölkələrə, o cümlədən Azərbaycana, hər hansı potensial epidemiyanın erkən aşkar edilməsini və nəzarəti təmin etmək üçün səhiyyədə fövqəladə hallara nəzarət və cavab sistemlərini gücləndirilməsini tövsiyə etməyə davam edir: “Avqustun 16-da İsveç Mərkəzi Afrikaya səyahətdən qayıtmış bir şəxsdə Mpox Clade Ib-ni təsdiqləyən Afrikadan kənarda ilk ölkə oldu. Hazırda həmin şəxs təcrid edilib və lazımı müalicə alır. Dünya ölkələri arasında gediş-gəlişin intensivliyini nəzərə alsaq, virusun yayılmasının qarşısını almaq üçün təcili tədbirlər görülməsə, Mpox-un yeni ştamları Avropa regionunda yayılma potensialına malikdir”.
Əvvəllər meymunçiçəyi kimi tanınan Mpox-a görə, bir neçə Afrika ölkəsində baş verən epidemiyalardan sonra avqustun 14-də iki il ərzində ikinci dəfə beynəlxalq narahatlıq doğuran ictimai sağlamlıq fövqəladə vəziyyəti (PHEIC) elan edildiyi xatırladılıb: “Virus ilin əvvəlindən bəri Konqo Demokratik Respublikasında həm böyüklərdə, həm də uşaqlarda (Clade Ia və Ib) 14 mindən çox yoluxma halı və 500-dən çox ölümə səbəb olub.