Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

"Ətrafımda olan oğlanların əksəriyyətinin gəzdiyi elə bölgələrdən gəlib, tək qalıb, özünü apara bilməyən qızlardır"

681
Paylaş:
"Ətrafımda olan oğlanların əksəriyyətinin gəzdiyi elə bölgələrdən gəlib, tək qalıb, özünü apara bilməyən qızlardır"

"Cəlilabadlı qız 655 balla elə Cəlilabadda yerləşən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında təhsil alacaq. Alqışa layiqdir. Əsas da ailəsini alqışlayıram. Oxuyan tələbə hər yerdə oxuyar! Bəziləri evin tək qızını göndərir Bakıya, ev tutur, amma qızı ilə qəti maraqlanmır. Şəxsən mənim ətrafımda olan oğlanların əksəriyyətinin gəzdiyi elə bölgələrdən gəlib, tək qalıb, özünü apara bilməyən qızlardır".

Pravda.az-ın xəbərinə görə, bunu aparıcı Amil Xəlil bildirib.

"Yazıq ana-ata mal-qara saxlayıb, pul toplayıb qızına göndərir ki, oxusun.  Min bir zülmlə evin kirəsini ödəyir. O da hoqqa verir. Hamıya şamil etmirəm, təbii ki, amma, məncə, çox valideynlər Mədinə Nəsirlinin valideynləri kimi olmalıdır. “Övladıma, qızıma güvənirəm” demək indiki dövür üçün düz deyil! Cəmiyyətə güvənmə! Neçə-neçə oğlanlar “səni alacam” deyib, qızları bədbəxt edib. 18 yaşı keçdiyi üçün isə hüquqi tərəfdən heç bir addım da atıla bilmir. (könüllü) Xahiş edirəm, analar-atalar düzgün qərar verin. Bu, mənim fərdi fikrimdir. Gəncədə qalırsansa , qızın oxuyacaqsa, elə qoy Gəncədə oxusun, yaxud Lənkəran, yaxud Naxçıvan və yaxud filliallarda…" - o qeyd edib.

A.Xəlilin sosial şəbəkədəki bu paylaşımı müzakirələrə səbəb olub, bəziləri onu tənqid edib.

Paylaş:

Ən son xəbərlər