Astarada 77 yaşlı tibb bacısı Zeynəb Əziz qızı Məmmədovanı qətlə yetirən şəxslərin məhkəmə prosesi başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1983-cü il təvəllüdlü Elmir Ətrafil oğlu Məmmədov 13 il, 1986-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Vüsal Zaid oğlu Əkbərov 18 il 6 ay və Şəmkir rayon sakini, 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Bəhruz Rəşid oğlu Süleymanov 12 il müddətinə azadlıqdan məhrum ediliblər.
Cinayət hadisəsi ötən ilin noyabrın 10-da baş verib. Cinayətkar qrup üzvləri Astara rayonu Kakalos kənd sakini Zeynəb Məmmədovanın evinə basqın ediblər. Onlar yaşlı və ağır ürək xəstəsi olan qadının əl-qolunu, eləcə də ağız və burnunu yapışqan lentlə bağlayıblar.