Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Yasamaldan yeni xəbər: İşdən çıxarılanlar var

1 806
Paylaş:
Yasamaldan yeni xəbər:      İşdən çıxarılanlar var

Yasamal Rayon Icra Hakimiyyətinin başçısı Elşad Həsənov iki şöbə müdirini işdən çıxarıb.

Pravda.az-ın xəbərinə görə, E.Həsənovun əmri ilə, Yasamal Rayon Icra Hakimiyyətinin  Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mərdanov Rüfət Saday oğlu, Rayon təsərrüfatı şöbəsinin müdiri Həsənov Seyran Gülməmməd oğlu tutduqları vəzifədən azad ediliblər.

Başçının digər əmri ilə, Teymurov Xaqan Aydın oğlu Yasamal Rayon Icra Hakimiyyətinin  Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Qarayev Cəmil Azər oğlu Rayon təsərrüfatı şöbəsinin müdiri təyin olunublar.unikal

Paylaş:

Ən son xəbərlər