"Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb.
Budəfəki verilişin qonağı aşıq Əli Tapdıqoğlu olub.
Aşıq uşaqlıqda keçirdiyi xəstəlikdən danışaraq, həkimlərin ona 17 il vaxt qoyduğunu söyləyib:
"O vaxtlar ürək əməliyyatı keçirmişdim. Əməliyyatdan sonra ailəm düşünürdü ki, mənim üçün ağır işlər olmaz. Amma məni ən ağır peşəyə yönləndirdilər. Bu gün aşıqlıq ən çətin peşələrdən biridir, çünki onun çox böyük məsuliyyəti var".