Azərbaycanda bəzi özəl uşaq bağçalarının ödənişi çox yüksəkdir. Paytaxtda yerləşən bağçaların aylıq ödənişi 300 manatdan 1 200 manata qədər dəyişir.
Təhsil ekspertlərinin fikrincə, son illərdə qiymət artımı daha çox nəzərə çarpır. Xüsusilə, əlavə xidmətlər təklif edən bağçalarda aylıq ödəniş 1 000 manatdan çoxdur.
Elmin Nuruzadə bildirib ki, qiymətlərin bahalaşmasının əsas səbəblərindən biri bağçaların sayının az olmasıdır. Tələbə uyğun təklif olmadığından, özəl bağçalar müraciət edənlərin sayı baxımından problem yaşamır.