Bakıda çəkiliş üçün model axtarışında olan şəxsin qadınları şantaj etdiyi ortaya çıxıb. Qaynarinfo-nun məlumatına görə, 1993-cü ildə Cəbrayıl rayonunda doğulmuş İlkin Fərhadov (soyad şərti) iş axtaran qadınları 1000 manat qarşılığında model kimi işə dəvət edib.
Belə ki, İlkin "WhatsApp"da "Eşqin" iş qrupuna qoşularaq, orada xeyli sayda iş axtaran qadının olduğu görüb. Həmin qrupda elan verərək Nəsimi rayonu, 28 may metrostansiyası yaxınlığında gəlinlik geyimləri mağazası olduğunu bildirib. Guya həmin gəlinliklərin reklam edilməsi üçün 1000 manat qarşılığında xanım model axtarır.
İlkin "WhatsApp" sosial şəbəkəsində onunla əlaqə saxlayan bir çox xanıma bildirib ki, boyu, yaşı, bədən quruluşu və 3 nəfər yaxın qohumlarının telefon nömrəsi barədə ona məlumat versinlər. Bu yolla həmin qadınlardan qısa və alt geyimlərdə fotoşəkillərini ona göndərmələrini istəyib və əks təqdirdə işin götürülməyəcəklərini deyib.