ARAL GROUP layihəsi olan “Greenville Residence” yaşayış kompleksi təmir adı ilə müştərilərini aldadır. “Greenville Residence”in Binəqədi rayonu Həmdəm Ağayev küçəsində yerləşən kompleksdə çəkilən görüntülərdən mənzillərin necə keyfiyyətsiz tikildiyi, bir müddətdən sonra yararsız hala düşdüyü məlum olur. Mənzil sahiblərindən biri olan Elvin Rzayev sosial şəbəkələrdə ARAL GROUP-un bərbad təmirindən gileylənib. O, “Greenville Residence” yaşayış kompleksində ev sahibi olmaq istəyənlərə səslənərək, aldadılmamaları üçün ayıq-sayıq olmağı məsləhət görüb.
“Keyfiyyətsiz təmirə 45 min manat ödəyib”
Şikayətçinin iddiasına görə şirkət keyfiyyətsiz tikinti materiallarından istifadə etməklə daşınmaz əmlakını istismara yararsız hala gətirib. Özünə isə külli miqdarda ziyan vurub. Belə ki, sözügedən mənzilin tikintisi zamanı kafel-metlaxın ara məsafəsi boş saxlanılıb, izolizasiyası olunmayıb. Bu da mənzildə su sızmasına, rütubətə səbəb olub. Nəticədə divarda nəmişlik yaranıb, divar kağızları sıradan çıxıb. Bundan əlavə döşəmənin təmiri zamanı ucuz parket və kafellərdən, eləcə də keyfiyyətsiz divar üzlüklərindən istifadə olunub ki, bu da otaqlarda nəmişlik və rütibət yaradıb. Otaqların divarlarının əyriliyindən isə danışmağa dəyməz. Elvin Rzayev təmir qarşılığında şirkətə 45 min manat ödəyini, keyfiyyətsiz təmirə görə pulunu geri ala bilmədiyini qeyd edib. Şikayətçiniin sosial şəbəkələrdəki etirazını əks etdirən görüntülərdən sonra isə şirkət ona mənzilinin yenidən təmir olunacağı vədini versə də, 2 aya yaxındır ki, məsələ həll olunmamış qalır.
Məlumatlara görə binadakı mənzillərin hamısında eyni mənzərə canlanır.