Masallıda yerləşən məşhur istirahət mərkəzi "Viləş Palace Hotel"in bəzi əraziləri dövlətə məxsus imiş. "Qaynarinfo"ya daxil olan məlumata görə, otelin yerləşdiyi ərazinin əksər hissəsinin "Viləş Palace" MMC rəhbərliyi tərəfindən zəbt olunduğu iddia edilir.
"Viləş Palace" MMC rəhbərliyi bu problemə görə Əmlak Məsələləri Dövlət Xidmətindən otelin yerləşdiyi ərazi üzrə "çıxarış" da ala bilmir.