Yasamal Rayon Məhkəməsi “Gənc Alim” Mənzil İstehlak Kooperativinin (MİK) inzibati qaydada 4 000 manat cərimə edilməsi barədə qərar çıxarıb.
Pravda.az-ın xəbərinə görə, məhkəmə “Gənc Alim” MİK-i İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi) ilə təqsirli bilib.