Bakının su təminatında əsas rol oynayan Oğuz-Qəbələ-Bakı su kəmərində qəza baş verən ərazidə təmir-bərpa işləri hələ də bitməyib və davam edir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsin mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu ''Xəzər Xəbər''ə bildirib ki, qəza səbəbindən paytaxt bakının bir neçə rayonunun bəzi ərazilərində fasiləsiz su təminatında problemlər yaranıb. Avqustun 22-dən etibarən mərhələli şəkildə paytaxt ərazisinə suyun verilməsinin əvvəlki qaydada olacaq.
Ceyhun Musaoğlu paytaxtda ehtiyyat su ambarlarının vəziyyətindən də danışıb. O bu kimi qəza hallarında ambarlarda olan su ehtiyyatı hesabına paytaxt ərazisinə fasilələrlə də olsa, suyun verildiyini qeyd edib.