Məzmuna keç
Pravda.az — xəbər portalı
İdman

"Qarabağ" "Dinamo"ya məğlub olub - YENİLƏNDİ - 2

879
Paylaş:
"Qarabağ" "Dinamo"ya məğlub olub -   YENİLƏNDİ - 2

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Qarabağ" səfərdə "Dinamo"nun (Zaqreb, Xorvatiya) qonağı olub.


Pravda.az xəbər verir ki, "Maksimir" stadionunda keçirilən matçda meydan sahibləri 3:0 hesablı qələbə qazanıb.


Görüşdə hesabı 29-cu dəqiqədə Marko Pyaça açıb. 75-ci dəqiqədə Sandro Kulenoviç fərqi iki topa çatdırıb. 5 dəqiqə sonra daha bir qol vuran Kulenoviç dubl müəllifi olmaqla görüşdə yekun hesabı müəyyənləşdirib.


Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 28-də Bakıda baş tutacaq.
 

***

00:05

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində "Dinamo" (Zaqreb, Xorvatiya) - "Qarabağ" matçında ilk hissə yekunlaşıb.


Pravda.az xəbər verir ki, "Maksimir" stadionundakı oyunda ev sahibləri fasiləyə öndə yollanıb - 1:0.


29-cu dəqiqədə Marko Pyaça fərqlənib.

Paylaş:

Ən son xəbərlər