Dövlət Gömrük Komitəsi (DGK) Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovu cərimələyib. Qaynarinfo xəbər verir ki, DGK keçmiş rəisə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə cərimə yazıb.
Zakir Sultanovun qurumun qərarında məhkəməyə şikayət verib. Onun şikayətinə Nəsimi Rayon Məhkəməsində baxılacaq. Elməddin Hüseynov iş üzrə hakim təyin edilib.
483-cü maddə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda ("az miqdarda” dedikdə, 20 min manatadək olan məbləğ başa düşülür) xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması barədədir.