Aparılan araşdırma nəticəsində məlum olub ki, insanlar yeni onilliyə yaxınlaşdıqca həyatlarının mənası haqqında düşünməyə başlayırlar. 29, 39, 49 və digər yaş mərhələləri insanı nəinki fəaliyyətini dəyişməyə, həm də nikahdankənar əlaqələrə sövq edə bilər.
Araşdırma müəllifləri qeyd edirlər ki, insan zehni yuvarlaq rəqəmlərə xüsusi əhəmiyyət verir və buna görə də insanlar 30, 40 və ya 50 yaş kimi tarixlərə yaxınlaşdıqda özlərini xüsusilə həyəcanlı hiss edirlər.
Tədqiqatlar göstərib ki, həm kişilər, həm də qadınlar yubileylərdən əvvəl emosional dəyişikliklərə can atır və yeni təcrübələr əldə etməyə çalışırlar. Çox vaxt yeni sevgi münasibətləri qocalığa yaxınlaşmaqla bağlı narahatlığın öhdəsindən gəlməyin bir yoluna çevrilir.