Reklam

Azərbaycanın iki güləşçisi dünya çempionu oldu

İordaniyanın Amman şəhərində güləş üzrə U-17 dünya çempionatı davam edir.

 

Mundialda bu gün yunan-Roma güləşçilərinin yarışına yekun vurulub.

 

Dünya çempionatında Azərbaycan millisinin 2 idmançısı medal görüşünə çıxıb. Hər iki təmsilçimiz finalda qələbə qazanaraq, dünya çempionu tituluna yiyələnib.

 

U-17 dünya çempionatı

Yunan-Roma güləşi

 

4️5️ kq

Şahid Nəbiyev təsəlliverici görüşdə iranlı Əhməd Badraddini ilə üz-üzə gəlib. Rəqib 9:4 hesabı ilə qalib gəldiyindən təmsilçimiz çıxışını başa vurub.

 

51 kq

Turan Daşdəmirov çempionluq qarşılaşmasına çıxıb. O, dünya çempionatının qızıl medalı üçün qırğızıstanlı Kutman Kalbayevlə güləşib. 5:3 hesabı ilə qalib gələn Turan dünya çempionu olub.

 

6️0️ kq

Ayxan Cavadov da dünya çempionluğu uğrunda gücünü yoxlayıb. Güləşçimiz qızıl medal görüşündə gürcüstanlı Vaxtanq Lolua ilə münasibətinə aydınlıq gətirib. Rəqibini 4:1 hesabı ilə məğlub edən Ayxan fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

 

7️1️ kq

Yusif Əhmədli təsəlliverici görüşdə amerikalı Jozef Jeterlə güləşəcək. Həmyerlimiz 7:10 hesabı ilə uduzaraq, mundailla vidalaşıb.

 

Qeyd edək ki, bir gün öncə yunan-Roma güləşçimiz Əmrah Əmrahov (48 kq) bürünc medal qazanıb.

Tarix: 21 Avqust 2024, 22:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin