Sentyabrın 1-də ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. Hazırda 125 mandat uğrunda 1000-dən artıq namizəd mübarizə aparır. Onlar hakim Yeni Azərbaycan Partiyasını, müxalifəti və bitərəfləri təmsil edirlər. Yenisabah.az növbədənkənar parlament seçkiləri ilə bağlı sensasiya sayıla biləcək məlumat əldə edib. YAP rəhbərliyində təmsil olunan şəxslərdən biri bizimlə söhbət zamanı seçkilərin nəticələrinə dair maraqlı iddia ilə çıxış edib. Onun sözlərinə görə, sentyabrın 1-də 125 deputat seçilsə də, MSK yalnız 115 nəfərin qələbəsini təsdiq edəcək. Ən azı 10 dairədə seçkinin nəticələri etibarsız sayılacaq.
Mənbə deyib ki, nəticəsi etibarsız sayılacaq dairələrdə marafonu qələbə ilə başa vurmuş namizədlərin arasında həm YAP-ın, həm müxalifətin, həm də bitərəflərin nümayəndələri olacaq. Dairə Seçki Komissiyaları tərəfindən qalib elan edilən ən azı 3 YAP-çı namizədin MSK tərəfindən mandatsız qoyulacağı iddia olunur.